10-cu Milli Marketinq Forumuna son 3 gün!

0
15

Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il “Neoklassika” konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan 28 Mall “CinemaPlus”da təşkil ediləcək.

Bu ilki forumda fiziki iştirak (offline) və onlayn (Meta platformasında) olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-dək spikerin çıxışı planlaşdırılır.

Tədbirdə “Milli Keyslər”, “Kommunikasiya və PR”, “Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data”, “Yaradıcı Sənayə”, “Sosial Media və İnfluencerlər”, “Satış və Ticari Marketinq”, “İnnovativ Marketinq və Startaplar” kimi panellər təşkil ediləcək.

Forum çərçivəsində müzakirə olunacaq mövzular, marketinq sahəsinin hazırkı çağırışları və gələcək inkişaf istiqamətləri baxımından aktual olmaqla yanaşı, iştirakçılara praktik bilik və ilham verəcək dəyərli çıxışlar təqdim edəcək.

10 may tarixində keçirilək panellər üzrə spikerlər:

Milli keyslər paneli

Moderator: İlkin Manafov – Mutfakçı şirkətinin təsisçisisi və direktoru

Ülvi Aslanov – “Code Academy”nin təsisçisi və CEO-su

Sübhan Hüseynov – Senser şirkətinin təsisçisi

Şahbaz Xuduoğlu – “Qanun” nəşriyyatın direktoru

Qəzənfər Aloyev – Nano Fire Technologies MMC-nin təsisçisi və direktoru

Mikayıl Yusifov – İNCİ Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri

Böyük Qayıdış paneli

Moderator: Sevinc Gülməmmədova – Diplomatik Jurnalist, Baku TV-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri

Dr. İkram Rüstəmov – Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisi

Ərşad Hüseynov – Hüquqşünas, Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis

Fuad Quliyev – “Cinema Art” MMC-nin direktoru

Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisiçisi

Yaradıcı Sənayelər və Trendlər paneli

Moderator: Emin Hüseynov – “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin Baş proqram direktoru

Elnur Talıblı – “TAKE Advertising and Media”nın Kreativ direktoru

Zaur Məmmədov – Maxmedia Agentliyinin direktoru

Şəbnəm Hümbətova -“İrşad Electronics” MMC-nin Marketinq departamentinin rəhbəri

Ibrahim Qurbanov – AzTV Dublyaj redaksiyasının baş redaktoru

Əkbər Əsədov – Radio Enerji 101.1 FM-in icraçı direktoru

Hər panel üzrə dinamik və məzmunlu çıxışların təmin olunması məqsədilə iştirakçıların aktiv iştirakı və interaktiv sessiyalar da tədbbir zamanı nəzərdə tutulur.

MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/MilliMarketinqForumu

Instagram: https://www.instagram.com/milli_marketinq_forumu/

Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/?viewAsMember=true