Naxçıvanda casusluq edən tələbələr həbs edilib- Prorektoru da zəhərləmək istəyiblər- ŞOK ƏMƏLİYYAT

0
34

Naxçıvanda İran xüsusi xidmət orqanlarına xidmət edən iki nəfər həbs edilib. Onlar Naxçıvan Dövlət Universitetində təhsil alırmışlar. Sozcu.info xəbər verir ki, 32 və 33 yaşlı İran vətəndaşları 2020-ci ildə təhsil almaq adı ilə Naxçıvana gəliblər.Onlar ifadələrində bildiriblər ki, İranda olan zaman xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər və məcburiyyət qarşısında qalaraq Naxçıvana gəliblər. Onlardan biri 10 yaşında cinsi zorakılığa məruz qaldığı, İranda olarkən hökumət əleyhinə mitinqlərdə iştirak etdiyi üçün xüsusi xidmət orqanları tərəfindən şantaj edilib. Həmçinin ailə üzvlərinə görə də təhdid ediliblər. Bildiriblər ki, məcbur olduqları üçün İran xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar veriblər.Plana əsasən onlar Naxçıvanda yerləşən müxtəlif hüquq-mühafizə və strateji əhəmiyyətli dövlət orqanlarının inzibati binalarının və hərbi texnikanın fotoşəkillərini çəkməli, Naxçıvanda təhsil alan iranlı tələbələr barədə məlumatlar toplamalı, həmçinin universitetdə təhsil alan vəzifəli şəxslərin övladları barədə bilgilər əldə etməli imişlər. Bundan başqa Naxçıvanda tələbələrin Təbrizdə təhsil almağa meyilləndirmək kimi öhdəlikləri də olub.Azərbaycanın müvafiq qurumları onların planını ifşa edib. Həmin şəxslər tələbə yataqxanasında qalırmış. Onların otağına baxış keçirilən zaman maddi sübutlar aşkar edilib.Müəyyən edilib ki, iranlı tələbələr əsasən Culfa sərhədindən İrana keçərək orada xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar verirmişlər.Həmçinin müəyyən edilib ki, onlar başqa bir plana uyğun olaraq Naxçıvan Dövlət universitetinin ümumi işlər üzrə prorektoru Xəyal Camalovu zəhərləməli imişlər. Plana əsasən onlar prorektoru şəhərdəki restoranlardan birində yemək yeyən zaman zəhərləyəcəklərmiş. Lakin əməlləri ifşa olunduğu üçün bu planları da baş tutmayıb.Həbs edilən şəxslərdən biri 16 il, digəri isə 11 il azadlıqdan məhrum edilib.