19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Hazırlıq martın 17-dən 23-dək davam edəcək.
Toplanış çərçivəsində yığmanın martın 19-da və 22-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, heyətə 24 futbolçu çağırılıb.
| 1 | Həbib Hüşənov | “Qəbələ” |
| 2 | Ayxan Əlizadə | “Sabah” |
| 3 | Aftandil Arıxov | “Sumqayıt” |
| 4 | Murad Mustafayev | “Neftçi” |
| 5 | Rəşad Alışov | “Qarabağ” |
| 6 | Ömər Həsənli | “Qarabağ” |
| 7 | Əli Nəbizadə | “Neftçi” |
| 8 | Seydi Danzıyev | “Sabah” |
| 9 | Vüsal Paşayev | “Sumqayıt” |
| 10 | Həsən Mahmudlu | “Neftçi” |
| 11 | Əli Qurbanov | “Sumqayıt” |
| 12 | Elton Babazadə | “Qarabağ” |
| 13 | Hikmət Cəbrayılzadə | “Qarabağ” |
| 14 | Emin Feyzullayev | “Sabah” |
| 15 | Babamirzə Mehdiyev | “Sabah” |
| 16 | Məsud Əlişanlı | “Qarabağ” |
| 17 | Ziya Şəkərxanov | “Qəbələ” |
| 18 | Əmir Əliyev | “Sabah” |
| 19 | Ömər Kərimov | “Qəbələ” |
| 20 | Arzu Mədətov | “Turan Tovuz” |
| 21 | Məmməd Mahmudlu | “Nyon” (İsveçrə) |
| 22 | Rauf Qafarov | “Zirə” |
| 23 | Nihad Orucəli | “Sumqayıt” |
| 24 | Toğrul Tapdıqlı | “Sumqayıt” |




