ABŞ və Ukrayna danışıqların ilk raundunda nələri müzakirə ediblər?

0
15

Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında keçirilən danışıqların birinci raundunda tərəflər dənizdə və havada atəşkəs, həmçinin mineral ehtiyatlar üzrə razılaşmanı müzakirə ediblər.

Bu barədə mənbəyə istinadən “Suspilne” məlumat yayıb.

Qeyd olunur ki, hazırda ikinci tur keçirilir. Danışıqlarda iştirak edən Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Kiyev amerikalı tərəfdaşları ilə konstruktiv, dərin söhbətinə ümid edir.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin həllini müzakirə edən danışıqların birinci mərhələsi başa çatıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.