Moskvaya kütləvi hücum türk diplomatın gəlişi ilə bağlıdır?

0
15

Moskvaya pilotsuz təyyarə hücumu ATƏT-in baş katibinin səfəri ilə bağlıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın hakimiyyət orqanları Ukrayna pilotsuz təyyarələrinin 1 nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnən kütləvi hücumu barədə məlumat verib.

“Yüksək rütbəli xarici nümayəndə heyətinin Moskvaya səfəri ilk dəfə deyil ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin hücumu ilə müşayiət olunur. Və bu gecə Ukrayna ATƏT-in baş katibinin səfər edəcəyi vaxtda paytaxta pilotsuz təyyarələr göndərib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, ATƏT-in baş katibi Feridun Sinirlioğlu martın 11-də Moskvada işgüzar səfərdə olacaq və burada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.