Tramp administrasiyası hərbi dəstəyini geri götürsə, Ukrayna Əfqanıstandan da pis olacaq.
Bunu Cənubi Karolinadan olan senator Lindsey Qrem “Fox News”a müsahibəsində bildirib.
ABŞ prezidenti Donald Trampın yaxın tərəfdarı olan Qrem Tramp administrasiyasının Ukraynaya hərbi və kəşfiyyat yardımını kəsməsindən narahat olduğunu deyib:
“Müharibə davam etdikcə Ukraynadan yardım əlimizi çəksək, vəziyyət Əfqanıstandan daha pis ola bilər. Trampın bunu istəyəcəyini qətiyyən düşünmürəm. Rusiya ilə atəşkəs əldə olunana qədər Ukraynaya ehtiyacı olan hərbi və kəşfiyyat dəstəyi verilməlidir. ABŞ-ın məqsədi müharibəni ədalətli və şərəfli şəkildə bitirmək olmalıdır. Zelenski keçən həftə Ağ Evə səfəri zamanı şansını boşa çıxardı, lakin ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar bu həftə razılaşma üzrə davam edəcək”.