Tələbələrin təqaüdləri nə qədər artacaq? – AÇIQLAMA

0
11

Azərbaycanda pensiyalardakı artımlardan sonra bir sıra təqaüd və müavinətlərin də artırılması gözlənilir.

Prezident İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncama əsasən, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.

Mart ayının ikinci yarısında Nazirlər Kabineti tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər dövlət başısına təqdim olunacaq.

Bəs bu artım nə qədər olacaq?

İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, artımların miqdarı ilə bağlı məsələ birbaşa hökumətin səlahiyyətində olan məsələdir: “Büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı istiqamətində cəmiyyətə mesajlar verilib. Ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağınını düşünürəm. Bu rəqəm təqribən 10-15 faiz arasında dəyişə bilər”.

Qeyd edək ki, Azərbaycanda dövlət ali təhsil müəssisələri tələbələrinin 54,3 faizi təqaüd alır. Tələbə təqaüdləri aşağıdakı kimi dəyişir:

Magistratura səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;

Bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.

Prezident təqaüdünün məbləği – 275 manat.