Ermənistan polisi İrandan göndərilən 30 kq marixuana müsadirə edib.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına İrandan Ermənistana külli miqdarda narkotik vasitələrin göndərilməsinin planlaşdırıldığı barədə məlumat daxil olub.
Müvafiq tədbirlər görülüb. Nəticədə fevralın sonunda partiya aşkar edilərək müsadirə edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bütün şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.