Bakıda qəribə hadisə: Sürücüsü olmayan avtobus qəza törətdi

0
28

“Bayraq meydanı yaxınlığında qəzaya uğrayan avtobusda sürücüsü olmayıb”.

Bu məlumatı açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

“Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Park vəziyyətində olan “Daewoo” markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır”, – deyə T.Nəsirli bildirib.

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Hadisə Bayraq Meydanının yaxınlığında baş verib.

Belə ki, sürücünün idarəetməsindən çıxan avtobus əsas yolla bulvar arasında olan arakəsməyə çırpılıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.