Əri ölən qadına təcavüz etdi, 22 nəfər döyüb başını kəsdi – Gəncədə

0
583

Əri ölən qadına təcavüz etdi, 22 nəfər döyüb başını kəsdi- Gəncədə

Ötən gün Space TV-də yayımlanan “Gəl dərdini danış” verilişinə müraciət edən qadın şok açıqlamalar verib.

O, 41 yaşlı qardaşı Əli Əliyevin dəhşətli qətlindən danışıb. Gəncə şəhərindən gələn qadın iddia edib ki, onun qardaşını 22 nəfər döyərək qətlə yetirib.

“Qardaşım özündən çox cavan bir gəlinlə münasibətdə olub. Həmin qadının əri dünyasını dəyişmişdi. Bir illik sevgi münasibətləri olub. Bir gün qadının hamilə olduğunu bildik. Bu zaman onun qohumları qardaşımı döyərək İmamzadənin yaxınlığında başını kəsdilər. Guya qardaşım o qadını zorlayıb”.

Qadın verilişdən qardaşının qətlinin araşdırılması üçün yardım istəyib.