Ukrayna ərazisində Rusiya ilə bağlı daha bir qadağa: Əmr verildi

0
14

Ukrayna Televiziya və Radio Yayımları üzrə Milli Şuraya ölkədə rus musiqisinin qarşısını almaq səlahiyyəti verilib.

Bu barədə Ukraynanın “Espresso” telekanalı Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna hökumətinin saytında striminq platformalarında rusdilli mahnılara qadağa qoyulmasını tələb edən petisiya yerləşdirilmişdi. O, üç gün ərzində baxılmaq üçün lazım olan 26 min imza toplayıb.

“Televiziya və Radio Yayımları üzrə Milli Şura Ukrayna ərazisində rus musiqisinin qarşısını almaqla məşğul olacaq”, – deyə telekanal qeyd edib.