Bu tarixdə maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

0
15

Yaxın günlərdə Günəş aktivliyinin artması gözlənilir.

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz Mərkəzi 27 fevral – 1 mart 2025-ci il tarixləri üçün Günəş və geomaqnit aktivliyinin proqnozunu açıqlayıb.

Geomaqnit qasırğaları güc səviyyəsinə görə K-indeksi ilə təsnif edilir və bu indeks 2-dən 9-a qədər dəyişir. K-indeksi nə qədər yüksək olarsa, qasırğanın təsiri və onun insanlar və texnika üzərindəki nəticələri bir o qədər güclü olar.

27 fevral, cümə axşamı günü maqnitosfer normal olacaq, qasırğalar gözlənilmir. 28 fevral, cümə günü Günəş aktivliyinin artaraq K-indeksinin 4-ə (sarı səviyyə) çatacağı gözlənilir. Bu isə insan sağlamlığına təsir etməyən zəif geomaqnit qasırğası deməkdir. Bu vəziyyət 1 mart, şənbə gününə qədər davam edəcək.