Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb

0
12

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bir sıra nüanslar var. Tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib. Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib”, – hökümət başçısı vurğulayıb.