Bakı sülh sazişi layihəsini İrəvana göndərdi: Hansı cavab verilib?

0
14

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, Azərbaycandan sülh sazişi layihəsinə cavab alıblar, lakin “digər məsələlərdə – kommunikasiyaların blokdan çıxarılması və silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflərə cavab yoxdur”.

Bakının İrəvana göndərdiyi cavab 17 maddəlik sülh sazişi layihəsinə korrektlərin edilməsindən ibarətdir. Belə korrektlər Bakı-İrəvan xəttində uzun müddətdir davam edir. Tərəflərin son açıqlamaları fonunda 17 maddənin yalnız birində prinsipial razılaşmanın olmadığı görünür: üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması;

İrəvan Avropa İttifaqının müşahidə missiyasının müddətini daha iki il uzatmaqla bu məsələdə razılaşma perspektivini sıradan çıxardı. Və saziş layihəsinin bu bənd olmadan imzalanması üçün “alternativ güzəştlər” irəli sürür, misal üçün, Minsk qrupunun buraxılması ilə bağlı. Mümkündür ki, İrəvan layihədə “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” bəndi ilə bağlı yeniliklər, yaxud əlavə təkliflər daxil edib, Bakının cavabı da bu məsələdə öz korrektlərini əlavə etməkdir.

Ermənistanın digər məsələlər dediyi kommunikasiyanın açılması və silahlara nəzarət mexanizmi 17 maddəlik layihəyə daxil deyil: kommunikasiya ilə bağlı məsələ qarşılıqlı razılaşma ilə layihədən çıxarılıb, silahlara nəzarət mexanizmi isə Ermənistanın Azərbaycn tərəfindən qəbul edilməyən, ümumiyyətlə reaksiya vermədiyi təklifidir.

İrəvanın diqqəti sazişdən kənar məsələlərə çəkməsi təsadüfi deyil. Bu, Bakınının layihədən kənar tələbləri qarşısında – Ermənistan konstitusiyasının dəyişdirilməsi və s. – kontr-gediş etmək, gündəliyi genişləndirərək, masada mövqelərini qorumaq məqsədi daşıyır.

Hərçənd, cavab və kontr-cavab müstəvisində davam edən sülh sazişi layihəsinin 2025-ci ildə də imzalanması perspektivləri zəifləyir.