Rusiya ordusu hücuma keçdi: Bu iki qəsəbə uğrunda şiddətli döyüş gedir

0
14

Rusiya ordusu Xarkov vilayətinin iki kəndi – Kondraşovka və Radkovka uğrunda döyüşlərə başlayıb.

Bu barədə müsahibəsində hərbi ekspert Andrey Maroçko bildirib.

Hər iki qəsəbə Kupyansk yaxınlığında. Agentliyin həmsöhbəti qeyd edib ki, Qolubovkada düşmən darmadağın edildikdən sonra rus əsgərləri bu kəndlər istiqamətində uğurlarını inkişaf etdirməyə davam ediblər.

O bildirib ki, artilleriya və Rusiya Aerokosmik Qüvvələri müntəzəm olaraq Ukrayna qoşunlarının mövqelərinə zərbələr endirirlər.

“Eyni zamanda, əhalinin məskunlaşdığı ərazilərə doğru irəliləyiş var. Ümumiyyətlə deyə bilərik ki, Kondraşovka və Radkovkanın azad edilməsi üçün əməliyyat başlanılıb”, – deyə Maroçko yekunlaşdırıb.