ABŞ Kosmik Qüvvələri milli raket əleyhinə müdafiə sistemi olan “Qızıl Qübbə”nin yaradılması məsələsi üzərində işləyəcək komanda yaradır.
Bu barədə “Defense One” nəşri məlumat yayıb.
“Kosmik Qüvvələrin hazırkı proqramlarından hansının Prezidentin “Amerika üçün Dəmir Qübbə” təşəbbüsünü həyata keçirməyə kömək edə biləcəyini və hansının hələ də inkişafa ehtiyacı olduğunu qiymətləndirmək üçün ekspertlər qrupu toplayıb”, – nəşr bildirib.
Qrup bir neçə həftə ərzində öz işini başa çatdıracaq.
Pentaqonun sözçüsü nəşrə bildirib ki, təşəbbüs rəsmi olaraq “Qızıl Qübbə” adlandırılıb.
Xatırladaq ki, 2025-ci ilin yanvarında ABŞ Prezidenti Dəmir Qübbə milli raketdən müdafiə sisteminin inkişafı haqqında sərəncam imzalayıb.