Paralel kainatın varlığına dair SÜBUTLAR TAPILDI

0
45

ABŞ və İsveçrədən olan fiziklər paralel dünyaların mövcudluğuna dair ilk mümkün sübutu əldə etdiklərini açıqlayıblar.

Bu barədə “News Frol” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, alimlər hissəciklərin sürətləndiricisində anomal kvant kənarlaşmaları aşkar ediblər. Belə dəyişiklikləri klassik elm baxımından izah etmək olmaz. Aparıcı ekspert hesab edir ki, əldə edilən məlumat atomaltı səviyyədə reallığımızla qarşılıqlı əlaqədə olan görünməz “kölgə” kainatın mövcudluğundan xəbər verə bilər.

“Əgər fərziyyə doğru olarsa, bu, müxtəlif ölçülər arasında hərəkət etməyə imkan verəcək texnologiyaların inkişafına yol açacaq”, – məqalə müəllifləri belə qənaətə gəliblər.

Bundan əvvəl Yerdənkənar Kəşfiyyatın Axtarışı (SETI) İnstitutunun beynəlxalq alimlər qrupu 100 MHz diapazonunda yadplanetli radiosiqnalları aşkar etmək üçün ilk dəfə olaraq qalaktikalararası axtarış həyata keçirib. Tədqiqat 2800 qalaktikanı əhatə edib.