Azərbaycandakı sonuncu kolxoz da LƏĞV OLUNDU

0
13

İsmayıllı rayonunun İvanovka kəndindəki Nikitin adına kolxozun adı və təşkilati-hüquqi forması dəyişdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, kolxoz bundan sonra “İvanovka Aqropark” ASC adlandırılacaq.

Əvvəlki adı Kalinin kolxozu olan Nikitin kolxozu 1936-cı ildə yaradılıb. 1953-1994-cü illərdə ona Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib.

Müəssisə Azərbaycanda son dövürə qədər fəaliyyət göstərən yeganə kolxoz idi.