Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

0
26

Alimlər ilk dəfə olaraq, yalançı vakuum çürüməsi kimi tanınan kainatın fəlakətli dağılması prosesini simulyasiya etmək üçün kvant kompüterindən istifadə ediblər.

Bu barədə “Nature Physics” yazıb.

Jurnalda dərc olunan məqaləyə görə, bütün kainatı təhdid edən prosesi öyrənmək üçün 5564 kubitlik kvant sistemindən istifadə edilib.

“D-Wave” kvant kompüterindən istifadə edərək tədqiqatçılar kainatın sadələşdirilmiş modelini qurublar.

Bir fərziyyəyə görə, kosmik vakuum qeyri-sabit vəziyyətdə ola və işıq sürəti ilə parçalanaraq yolunda olan hər şeyi məhv edəcək “əsl” vakuum qabarcığı əmələ gətirə bilər.

Tədqiqatın nəticələrinə görə, alimlər əsl vakuum qabarcıqlarının əmələ gəlməsini və davranışını müşahidə edə biliblər və praktiki göstəricilər nəzəri hesablamalarla üst-üstə düşür.

Tədqiqatın kosmologiya və kvant hesablamaları sahələrində alimlər üçün yeni imkanlar açacağı deyilir.