Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsi martın 1-dən fəaliyyətə başlaya bilər.
Məlumata görə, keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılıb. Nəzarət-buraxılış məntəqəsinin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən mühafizə olunacağı planlaşdırılır.
Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan isə hazırda Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş olmadığını bildirib.