Dünyanın kosmos agentlikləri “2024 YR4” adlı asteroidin səkkiz il ərzində Yerlə toqquşması ehtimalı olduğunu bildirirlər.
Beynəlxalq Asteroid Xəbərdarlıq Şəbəkəsinin (IAWN) etdiyi qiymətləndirməyə görə, bu göy cisminin 22 dekabr 2032-ci ildə Yerə çırpılma ehtimalı 83-də 1 olaraq hesablanıb.
Asteroidin toqquşma ehtimalı az olsa da, belə böyük bir göy cisminin Yerə yaxınlaşması qlobal müdafiə mexanizmlərinin işə salınmasına səbəb olub.
Mütəxəssislərin fikrincə, planetlərin müdafiəsi strategiyalarında ilk addım asteroidin orbitini daha dəqiq müəyyən etmək üçün müşahidələri artırmaqdır.
“2024 YR4” ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki “Rio Hurtado” teleskopu tərəfindən aşkar edilib.
Alimlər qeyd edir ki, asteroidin diametri qlobal miqyasda dağıntıya səbəb olacaq qədər böyük deyil, lakin çırpılarsa, 50 kilometrlik ərazidə böyük ziyan vura bilər.
Mümkün təsir zonalarına isə Sakit Okeanın şərqi, Cənubi Amerikanın şimalı, Afrika və Cənubi Asiya daxildir.