Maskdan qaçqınlarla bağlı maraqlı açıqlama: Onlar bu səbəbbən…

0
11

Amerikalı milyarder İlon Mask mühacirlərin demək olar ki, 80 faizinin qaçdıqları ölkəyə əvvəllər tətilə getdiklərini bildirib.

Maskın bu açıqlaması pis şərtlərdən qaçan insanların tətil üçün ölkələrini dəyişdirdiklərini və əslində qaçqın olmadıqları iddialarını gündəmə gətirib.

2022-ci ildə “Bullet”in xəbər jurnalının apardığı sorğuya görə, İsveçə qaçqın olaraq gələn mühacirlərin yüzdə 79-nun ən azı bir dəfə tətil üçün gəldikləri ölkəyə yenidən qayıtdığı ifadə edilib. Sorğunun nəticələri xüsusilə qaçqınların yerləşdiyi Avropa ölkələrində tez-tez müzakirə mövzusu olsa da, öz ölkələrindəki pis şərait səbəbindən qaçqınların getdikləri ölkələrdəki “müdafiə statusu”nun reallığı daim sual altındadır.

Qeyd edək ki, Almaniyada baş verən son hücumlardan sonra bir sıra “təhlükəsizlik paketləri” elan edilib. Bu tədbirlərdən birinə görə, Almaniyada mühafizə statusu almış şəxs öz ölkəsinə qayıtmağa qərar verərsə, bu, gələcəkdə ona Almaniyada himayə verilməməsi üçün səbəb kimi qiymətləndiriləcək.