İstanbulda cinayət hadisəsi baş verib.
Eyüpsultan rayonunda 17 yaşlı B.Y atasını, anasını, bacısını və nənəsini güllələyib.
Qətldən sonra evdən qaçan şübhəli Bursada tutularaq saxlanılıb. Derin küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində bacısının evinə gələn Sevinç İ. ailə üzvlərini qan içində yerdə görəndə polisə xəbər verib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.