Tramp bu ölkənin prezidenti ilə anlaşıb: fələstinliləri ora köçürürlər

0
20

ABŞ prezidenti Donald Tramp fələstinlilərin Qəzza zolağından Misir və İordaniyaya köçürülməsinin mümkünlüyünü bir daha xatırladıb. 

Tramp Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə bu barədə ümidverici söhbət edib.

Trampın sözləri prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən səsləndirilib. Misir prezidenti ilə söhbətini şərh edən Tramp deyib ki, əs-Sisi onun dostudur.

“Mən ona çox kömək etdim və ümid edirəm ki, indi də o mənə kömək edəcək”, – deyə Tramp vurğulayıb.

“Düşünürəm ki, o, Qəzzadan olan fələstinliləri qəbul edəcək və İordaniya Kralı da bu addımı atacaq. Fələstinlilərin orada zorakılıq olmadan yaşamasını istəyirəm. Qəzza uzun illərdir cəhənnəmə çevrilib. Fələstinlilər daha yaxşı və daha rahat yerlərdə yaşaya biləcəklər”, – ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Misir və İordaniya hələ bazar günü rəsmi bəyanatlarında fələstinlilərin Qəzza zolağından köçürülməsi təşəbbüslərinə qarşı olduqlarını açıqlayıblar. Fələstin administrasiyası da bu ideyanı tamamilə rədd edib və onu pisləyib.