Çin astronavtları ilk dəfə olaraq kosmosda oksigen əldə ediblər

0
44

Çinin idarə olunan “Şencou-19” (“Shenzhou-19”) kosmik gəmisinin ekipajı Çin kosmik stansiyasında bir sıra süni fotosintez təcrübələri həyata keçirib.

Bu barədə Çinin “South China Morning Post” nəşri məlumat yayıb.

Belə ki, Çinin “Şencou-19” missiyasının ekipajı kosmosda oksigen, həmçinin raket yanacağı üçün lazım olan komponentlər istehsal edən süni fotosintez texnologiyasının dünyada ilk nümayişini uğurla həyata keçirib.