“Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur”.
Bu barədə TASS İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadla məlumat yayıb.
Əraqçi deyib ki, Moskva ilə Tehran arasında razılaşma mürəkkəb və əhatəlidir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini, ilk növbədə, iqtisadiyyat və ticarəti əhatə edir.
Əraqçi vurğulayıb ki, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva etsə də, ölkələr hərbi ittifaq yaratmaq niyyətində deyil.
Yanvarın 14-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin 20 il müddətinə bağlanacağını bildirib.