Rusiya AZAL-ın təyyarəsini necə vurdu? – İzləri itirmək üçün isə… – VİDEO

0
15

AZAL-ın Bakı-Qroznı təyyarəsinin düşdüyü qəzanın detalları bəlli olub. Bu barədə “Baku Aktual” verilişində aparıcı Turan İbrahimov məlumat verib. Bildirilib ki, “Caliber” saytının verdiyi məlumata görə, AZAL-ın Bakı-Qroznı xətti ilə uçan təyyarəsini Rusiyanın Hərbi Hava Hücumundan Müdafiə Sistemləri vurub. Qeyd edilib ki, Qroznıya edilən Ukrayna dronlarının hücumunun qarşısını almaq üçün aktiv edilmiş bu sistem nəticədə AZAL-ın təyyarəsinin düşməsinə səbəb olub. Hətta mənbə təfərrüatlar haqqında da məlumat verib. Belə ki, hadisə baş verdikdən sonra təyyarənin ekipajı ilə təmas qurulub, onları Xəzər istiqamətinə yönəldiblər. Burada isə məqsəd təyyarənin Xəzər dənizinə düşməsi və bütün izlərin itməsidir.