Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərə yardım məqsədilə qanvermə aksiyası keçirilir.
Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.