Barmaqlar əsasında keçəlləşməni necə təyin etmək olar? – ABŞ-li həkimdən AÇIQLAMA

0
12

ABŞ-li təcili yardım həkimi Co Uittinqton 2D-4D kimi tanınan ikinci (şəhadət barmağı) və dördüncü (adsız barmaq) barmaqların uzunluqlarının nisbətinə əsasən androgenetik alopesiya – keçəlləşmə riskini proqnozlaşdırmağın mümkün olduğunu deyib.

Bu barədə “Daily Mail” nəşri yazıb.

Çində elm adamları tərəfindən aparılan bir araşdırma göstərib ki, şəhadət barmağı ilə müqayisədə adsız barmağı daha uzun olan kişilərdə keçəlləşmə riski yüksəkdir. Bu saç tökülməsi, saç follikullarının androgenlərə – steroid kişi hormonlarına artan həssaslığının nəticəsidir. Adətən bu halda kişilər başın orta və ön hissəsində saçlarını itirirlər.

Tədqiqatda 18-24 yaşlarında 240 könüllü iştirak edib. Məlum olub ki, 2D-4D nisbəti ən aşağı olanların saç tökülməsi ehtimalı altı dəfə çoxdur.

Bu bədən əlaməti testosteronun ana bətnində saçın inkişafına artan təsiri ilə əlaqələndirilir. Zaman keçdikcə, hormonal təsirləri səbəbindən saç follikulları daha həssas olur və “qurumağa” başlayır, bu da keçəlləşməyə gətirib çıxarır.