Kiyevdə vəziyyət gərgindir: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

0
12

ABŞ-ın Kiyevdəki səfirliyi təcili olaraq Ukraynaya qarşı hava hücumları təhlükəsinin yüksək səviyyədə olması barədə xəbərdarlıq edib.

Müvafiq bəyanat Amerika diplomatik missiyasının saytında dərc olunub.

“Ukraynada mühüm mülki infrastruktur obyektlərinə raket və pilotsuz təyyarələrin hücumu təhlükəsinin artması ilə əlaqədar ABŞ-ın Kiyevdəki səfirliyi ABŞ vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa çağırır”, – bəyanatda deyilir.

Bundan əlavə, səfirlik ABŞ vətəndaşlarını xəbərdarlıqlara əməl etməyə, komendant saatlarına, eləcə də müvafiq təhlükəsizlik təlimatlarına ciddi riayət etməyə çağırıb.