Suriyada baş verən son hadisələrin və yeni bir rejimin yaranmasının Türkiyəyə iqtisadi, sosial və siyasi təsirləri açıqlanıb.
Türkiyəli təcrübəli iqtisadçı Dr. Mahfi Eğilmez Suriyada ciddi yenidənqurma və tikinti fəaliyyətinə başlanılacağına diqqət çəkib.
O, suriyalıların ölkələrinə qayıda biləcəyini qeyd edərək, hadisələrin iqtisadi ölçüsünü belə ümumiləşdirib:
“Bu inkişafın Türkiyəyə iqtisadi, sosial və siyasi təsirlərinin olacağını görə bilərik. Suriyada baş verən rejim dəyişikliyi ilə Əsəd rejimindən qaçıb bizə sığınan suriyalıların əhəmiyyətli bir hissəsinin ölkələrinə qayıdacağı proqnozlaşdırsaq, yanılmarıq. Böyük ölçüdə dağıdılan Suriyada ciddi yenidənqurma və tikinti işlərinə başlanacaq. Bu işləri əsasən qərb şirkətləri, o cümlədən Türkiyə şirkətləri alacaq. Suriyalıların bəziləri öz ölkələrinə qayıdacaq. Bəziləri isə burada dəyər qazanmış evlərini satıb ölkələrinə qayıdacaq. Yerdə qalan suriyalılar işini burada davam etdirəcək və Suriyada yeni işlərə başlayacaq”.
Bu, Türkiyə iqtisadiyyatına necə təsir edəcək?
İqtisadçı bəzi suriyalıların ölkələrinə qayıtmasının Türkiyə iqtisadiyyatına üç fərqli təsiri ola biləcəyinə diqqət çəkib:
“Suriyalı işçilərin bir hissəsinin ölkələrinə qayıtması ilə yerli istehsalçılar ucuz işçi qüvvəsinin mühüm mənbəyini itirəcəklər. Bu halda onların xərcləri artacaq, çünki onlar daha bahalı işçi qüvvəsi işə götürməli olacaqlar. Tələbdə daralma olmasaydı, bu artımı asanlıqla qiymətlərində əks etdirə bilərdilər, lakin tələb azaldığından bu əksi məhdudlaşa bilər və mənfəətləri azalar. Xərc artımının qiymətlərə əks olunması məhdud qalsa belə, bu, xərc inflyasiyasının artmasına səbəb ola bilər. Burada bizneslərini ləğv edib öz ölkələrinə qayıdanların ÜDM-ə töhfəsi itəcək. Düşünürəm ki, bunun təsiri çox məhdud olacaq. Digər tərəfdən, təxmin edirəm ki, burada biznesi yaxşı olanlar Suriyaya qayıtsalar belə burada bizneslərini ləğv etməyəcək. Suriyada quracaqları bizneslə eyni anda aparacaqlar. Hər iki qrupdan bir çox insan öz ölkələrinə qayıtmaq qərarına gəlsə, bəziləri vətəndaşlıq almaq üçün aldıqları keçmiş evləri burada satacaqlar. Bu tendensiya çox böyük miqyasda olmasa da, mənzil bazarında qiymətlərin enməsinə və kirayə haqqının azalmasına səbəb ola bilər. Hesab edirəm ki, ölkələrinə qayıdan insanların sayından asılı olaraq ÜDM-in azalması adambaşına düşən gəlirin daha məhdud şəkildə azalmasına gətirib çıxaracaq. Çünki məlum olduğu kimi, adambaşına düşən gəlir hesablanarkən vətəndaşlıq almayanlar əhaliyə daxil edilmir”.