Ruslar bu ölkəyə axın edirlər: Sanksiyalar da ACİZDİR

0
24

Yaponiya rus turistləri üçün ən sürətlə böyüyən bir ölkəyə çevrilib.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Bir il ərzində ölkənin tətbiq etdiyi sanksiyalara baxmayaraq, ruslar kütləvi şəkildə Yaponiyaya axışıb, bu istiqamətdə aviabiletlərin və otellərin sifarişi 3,5 dəfə artıb.

Yaponiya indi bütün Asiya istiqamətləri arasında tələb artımı baxımından birinci yerdədir. Məlumata görə, noyabr-dekabr aylarında Rusiyadan gələn turistlər iki dəfə çox yerləri bron ediblər və bu ilin 11 ayı ərzində ölkəyə maraq 3,5 dəfə, xaricə səyahətə isə ümumilikdə 30 faiz artıb.

Bu dinamika viza prosedurlarının sadələşdirilməsi, əlçatan birləşdirici uçuşların mövcudluğu və rusların Asiya mədəniyyətinə artan marağı ilə əlaqələndirilir.