Kimlər pensiyaya çıxa bilər?

0
28

Müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Yuxarıda qeyd olunan şərtlər daxilində kişilərə yaşa görə əmək pensiyası təyin olunması tələb olunan yaş həddi 65 yaş, qadınlar üçün isə 64 yaş (2024-cü ilin 1 iyul tarixindən 2025-ci ilin 1 iyul tarixinədək)  müəyyən edilmişdir (qadınların yaş həddi hər il 6 ay artırılmaqla 01.07.2027-ci il tarixinədək 65 yaşa çatdırılması nəzərdə tutulmuşdur).

Hazırda minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 40320 manat (minimum pensiya kapitalı) pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur.