Almaniyanın Maks Plank adına Kimyəvi Ekologiya İnstitutunun alimləri 21-ci əsrin sonunadək iqlim dəyişikliyi və havanın çirklənməsi səbəbindən ölümlərin əhəmiyyətli dərəcədə artacağı barədə xəbərdarlıq ediblər.
Tədqiqatın nəticələri “Nature Communications” (NatCom) jurnalında dərc olunub.
Alimlər kompüter modelləşdirməsi əsasında apardıqları tədqiqatda 2000-ci ildən bəri temperatur proqnozları və havanın çirklənməsi səviyyəsinə dair məlumatlardan istifadə ediblər.
Onların fikrincə, 21-ci əsrin sonuna qədər bu amillər 30 milyon əlavə ölümə səbəb ola bilər. Tədqiqat qrupunun rəhbəri, Maks Plank Kimya İnstitutundan Andrea Pozzer qeyd edib ki, illik ölüm halları 19,5 milyon nəfərə qədər yüksələ bilər.
Tədqiqat müəyyən edib ki, havanın çirklənməsi ümumi ölüm hallarını beş dəfə, temperatur dəyişikliyi isə yeddi dəfə artıra bilər.