5 yaşlı uşağın bağırsağından tapılan əşyalar şok etdi: Düz 38 ədəd…

0
13

Türkiyənin Bursa şəhərində ​​5 yaşlı qızın bağırsağından 38 ədəd maqnit muncuq çıxarılıb.

Bu barədə İl Sağlamlıq Müdirliyindən açıqlama verilib.

Məlumata görə, uşağın muncuq udduğunu anlayan ailəsi onu xəstəxanaya aparıb. Uşağın əməliyyatını həyata keçirən həkim Kaan Demirören mədə və bağırsaq perforasiyasının qarşısını almaq üçün erkən müdaxilənin əhəmiyyətini vurğulayıb.

O, birdən çox udulan maqnitin mədə və ya bağırsaqdakı toxumanı götürdüyünü və bir müddət sonra həmin nahiyəni deşməyə başladığını bildirib.