Donald Trampın andiçmə mərasimindən sonra ABŞ BRİKS-ə qarşı mübarizəyə başlaya bilər.
Bu barədə Boliviyadan olan ekspert, Tariya şəhərinin İqtisadçılar Cəmiyyətinin prezidenti Fernando Romero etiraf edib.
Ekspertin fikrincə, belə risk ilk növbədə ABŞ-da BRİKS ölkələri ilə neoliberal kapitalist iqtisadi modeli arasında maraqların geosiyasi mübarizəsi ilə bağlıdır.
“Düşünürəm ki, Tramp vəzifəyə gələndən sonra eyni xətdə olan və ya Çin və Rusiya ilə əlaqəli olanlara qarşı böyük mübarizə olacaq”, – Romero bildirib.
Eyni zamanda o əlavə edib ki, təhdidlərlə yanaşı, ABŞ-la işləmək imkanları da olduğu üçün panikaya düşmək hələ tezdir.