Dünya Azərbaycalıları Mədəniyyət Mərkəzinin Prezidenti,Sabitlik və İnkişaf Mərkəzi İB-nin sədri,İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dəstək Agentliyinin 2025 ci il il Qrant Lahiyəsinin İnfosessiyasında iştirak etmişdir. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov və digər məsul şəxslər iştirak ediblər.
Görüşdə suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.
Bununla da 2025-ci ilin qrant müsabiqələri barədə infosessiya başa çatıb. Ümumilikdə, son 3 gün ərzində keçirilən infosessiyada 300-dən çox QHT rəhbəri iştirak edib.