Hamı bunu edir, amma zərərlərindən xəbərsizdirlər – Görün hansı fəsadlara yol açır

0
12

Məlum olub ki, təmizlik üçün istifadə edilən qulaq çöpləri tıxanmaya və eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

Bu barədə Ankara Universitetinin Tibb Fakültəsinin müəllimi, qulaq, burun və boğaz xəstəlikləri üzrə mütəxəssis Emre Ocak xəbərdarlıq edib.

Onun sözlərinə görə, qulaq öz-özünü təmizləyən orqandır. O, qulağı əlavə vasitələrlə təmizləməyin xeyirdən çox ziyan olduğunu bildirib:

“Yayda günəşə çıxdığımız zaman dərimiz soyularaq yeniləndiyi kimi, xarici qulaq kanalı da özünü təmizləyə bilir. Qulaq çöpü istifadə edən insanlar qulaqlarını təmizlədiklərini zənn edirlər. Bu, sadəcə görünən hissəni təmizləyir, lakin kirin çox hissəsini qulaq kanalına doğru itələyir. Qulaq içəridən özünü təmizləməyə çalışarkən, kənardan belə bir təsir gələndə qulaq kiri içəridə toplanır və tıxanma yaranır”.

E. Ocak bunun qulağa müxtəlif zərərlər verdiyini qeyd edib: “Bu, xarici qulaq kanalını qanadaraq infeksiyaya səbəb ola bilər. Bəzi insanlarda hətta qulaq pərdəsini deşərək eşitmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Qəti şəkildə istifadə etməyi məsləhət görmürəm”.