Həddən artıq panika – həyəcan təbili çalmaq və nüvə mövzusunda davam edən spekulyasiya insanlara mənfi təsir göstərir.
bunu Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill deyib.
Onun sözlərinə görə, bəşər övladının düşməni insanların qəlbinə çaşqınlıq və narahatlıq səpməyə çalışır:
“Bu, onların iradəsini iflic etmək və onları cəsarətdən məhrum etmək üçün edilir, çünki mənəvi rahatlıqdan məhrum olan insanı manipulyasiya etmək daha asandır”.
Rus Pravoslav Kilsəsinin rəhbəri qeyd edib ki, bununla oynamağa ehtiyac yoxdur. “Xristianlar dünyanın sonu deyilən şeydən qorxmurlar”, – patriarx deyib.
O, bunları söyləyib: “Biz böyük izzətlə gələcək, şəri yox edəcək və bütün millətləri mühakimə edəcək Rəbb İsanı gözləyirik”.
Xatırladaq ki, nüvə məsələsini Rusiya prezidenti Vladimir Putin gündəmə gətirib. Rusiyanın nüvə doktrinasını yeniləməklə. Məhz bundan sonra mütəmadi olaraq rusiyalı siayasətçilər bütün dünyanı nüvə zərbəsi ilə hədələyirlər. Bu xatırlatmadan belə çıxır ki, Kirill yuxarıda qeyd olunan fikirləri səsləndirərkən Putini nəzərdə tutub?