Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən bazarda qeydə alınıb.
Yanğın nəticəsində vətəndaşlara məxsus 10-a yaxın mağaza əşyaları ilə birlikdə yanaraq külə dönüb. Əraziyə FHN-in Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.
Qısa zamanda Kürdəmir rayon bazarındakı yanğın söndürülüb.
Yanğın zamanı ümumi sahəsi 12 min 350 kv metr olan bazarın 800 kv metrlik hissəsində icarəyə verilmiş 12 dükan əşyaları ilə birlikdə yanıb.
Bazarın 11 min 550 kv metr sahəsi mühafizə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir və Ağsu rayonları üzrə yanğın mühafizə idarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.