Nazir açıqladı: Bu təbəqədən olan 200 min insan….

0
10

“Biz çox böyük ekoloji fəlakət hallarının şahidi olmuşuq. COVID-19 dövrünü də görmüşük”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində təşkil olunmuş “İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü” mövzusunda birgə iclasda bildirib:

“Bütün seqmentlərə investisiya qoymaq çox vacibdir. Bu, əslində bütün nazirlərin öz hökumətləri ilə bir yerdə oturmaq və xüsusilə həssas qruplar üçün daha çox və daha böyük paketlər üzərində razılaşmaq işinin bir hissəsidir”.

Sahil Babayev onu da qeyd edib ki, son bir ildə Azərbaycanda 200 min həssas təbəqənin, əsasən də, qadınlar, gənclər və əlillər işlə təmin edilib.17 min əlil insanın işlə təmin edilməsi həyata keçirilib.