Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası noyabrın 25-də keçiriləcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu konstitusiya müəyyən edir”, – deyə İ.Kobaxidze vurğulayıb.