ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı aşkarlandı

0
9

ABŞ-də meymun çiçəyi xəstəliyinə ilk yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə “Associated Press” xəbər yayıb.

Yeni ştamla yoluxmuş şəxs Şərqi Afrikaya səyahət etdikdən sonra ABŞ-a qayıdıb. Hazırda o, Kaliforniyada xəstəxanada müalicə olunur.

Bu ilin əvvəlində meymun çiçəyinin yeni, daha yoluxucu bir növü aşkarlanıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib.

Qeyd edək ki, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.