COP29: UNICEF və ÜST uşaqların sağlamlığı naminə təcili tədbirlərlə bağlı çağırış edib

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti” adlı birgə tədbir təşkil edib.

Bu barədə UNICEF-in “X” sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumat yayılıb.

Müzakirələrdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edib.

Tədbirdə “Tərəqqiyə təhlükə: iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına təsirinə qarşı mübarizə” adlı hesabat təqdim olunub. Hesabatda təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden uşaqların iqlim böhranı qarşısında xüsusi həssaslığını qeyd edərək, təxirəsalınmaz tədbirlər görməyə çağırıb.