Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü

0
10

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Vaqif oğlu Abdullayev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.

Bir neçə gün əvvəl gedən döyüşlərdə R.Abdullayev həlak olub.

Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu 3-cü Tala kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, daha əvvəl Lənkəranın Separadi kəndindən olan həmyerlimiz Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiyanın Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.