İsraildən İrana XƏBƏRDARLIQ: “20 yanvara qədər…”

0
11

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon İranı ABŞ-da hakimiyyət dəyişikliyi zamanı yəhudi dövlətinə hücum etməyə çalışmamağa çağırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Onlara məsləhət görərdim ki, keçid dövründən istifadə etməyə çalışmasınlar. Bilirsiniz, indidən yanvarın 20-nə kimi iki aydan çox vaxtınız var. Ola bilsin ki, İranda kimsə bundan istifadə edə biləcəklərini düşünür və mən onlara bunu etməməyi tövsiyə edərdim”, – Dadon bildirib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (IDF) istəsələr, İranın istənilən yerinə zərbə endirə biləcəklərini sübut ediblər. Diplomat vurğulayıb ki, İsrail sülhpərvər ölkədir, lakin İran yəhudi dövlətinin ərazisini vurmağa cəhd edərsə, IDF üçün daha çox imkanlar yaranacaq.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib, Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp bu vəzifə üçün mübarizə aparıb. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb .

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.