Küçə itləri qadını PARÇALADILAR

0
19

Tatarıstanda quduz küçə itləri qadını parçalayaraq öldürüblər.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə Samosırovo kəndində baş verib. 48 yaşlı qadın səhər işə getmək üçün yola çıxıb. İlkin məlumata görə, qadın qısa yoldan istifadə edərək istehsalat bazasından keçmək qərarına gəlib. O, iş yerinə çatmayıb və axşam da evə qayıtmayıb. Bu səbəbdən yaxınları həyəcan təbili çalıblar.

İki kəndin sakinləri itkin düşən qadını axtarmağa başlayıblar. Qadın boş ərazidə tapılıb. Onu xilas etmək mümkün olmayıb. Rus qadına bazanın ərazisində yaşayan itlər hücum ediblər. Onun bədənində çoxsaylı diş izləri aşkar edilib. Qurbanın paltarı cırılıb, bədəninin bəzi hissələri sümüyə qədər gəmrilib.

Kazan meriyasının bildirdiyinə görə, bazanın ərazisində azı 40-a yazın it yaşayır, lakin müəssisənin sahibi ov xidmətinin mütəxəssislərini obyektə buraxmır.

Faktla bağlı cinayət işi başlanıb.