51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

0
18

Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək “Beauty queen of the universe” beynəlxalq gözəllik yarışında təmsil edəcək.

51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb.

O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək.

N.İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.