Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Fəxri Beynəlxalq Festivalda

0
94

20 Sentyabr 2024-cü il tarixində Xəzər Universitetində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev fondunun təşkil etdiyi Üzeyir sənətinin gənclik sədaları adlı “Üzeyir Hacıbəyli adına XVI beynəlxalq musiqi festivalı” baş tutmuşdur. Festivalda Bülbül Vokal məktəbinin tələbəsi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Altun Süleymanov “Bəxtəvər oldum” romansı ilə çıxış etmişdir.
Onu qeyd edək ki, Festival Azərbaycanda 2009 – cu ildən keçirilir. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakıda baş tutur. Bundan əvvəl 1995 – ci ildən başlayaraq hər ilin 18 sentyabr günü (Üzeyir Hacıbəyovun doğum günü) musiqi bayramı kimi qeyd olunurdu. Lakin 2009 – cu ildən Beynəlxalq Musiqi Festivalı keçirilməsi haqda qərar qəbul olunub. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı başqa ölkələrdən olan ifaçılar da iştirak edir.

Festival zamanı konsertlərlə yanaşı Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları da baş tutur tamaşalarla yanaşı dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir.