Putin əmr verdi, ordu hərəkətə keçdi: torpaqlar geri alındı

0
51

Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində 10 yaşayış məntəqəsinin Ukraynadan geri alındığını açıqlayıb.

Ukrayna ordusunun avqustun 6-da sərhədi keçərək Rusiyanın Kursk bölgəsinə qəfil hücumlara başlamasından sonra şiddətli qarşıdurmalar davam edir.

“Son 2 gündə həyata keçirilən hücumlar zamanı Apanasovka, Byaxovo, Vişnyovka, Viktorovka, Vnezapnoye, Gordeyevka, Krasnooktybrskoye, Obuxovo, Snaqost və 10-cu Oktyabr da daxil olmaqla 10 yaşayış məntəqəsi azad edilib. Son 24 saat ərzində düşmənin Fanaseyevka və Snaqost istiqamətində iki bölməsi zərərsizləşdirilib”, – Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir.

Qeyd edilib ki, Ukrayna ordusu 300-dən çox əsgər və 24 zirehli texnika itirib.

Ukrayna prezidenti Vladimir Zelenski də açıqlamasında Rusiyanın əks-hücum hərəkətlərinə başladığını təsdiqləyib.